Metroda sıxlıq yarandı

78796Bu gün axşam saatlarında metronun Elmlər Akademiyası stansiyasında böyük insan tıxac yaranıb.

Yenicag.az anspress-ə istinadən bildirir ki, hadisə axşam saat 19 00 radələrində yaşanıb.

Belə ki, sərnişinlərin stansiyaya daxil olması üçün metronun girişində böyük insan tıxacı yaranıb. Eyni vəziyyət stansiyanın daxilində, eskalator və platformalarda da yaşanıb.

Vaqonların 3 dəqiqə intervalla hərəkət etməsinə baxmayaraq, platformalarda insanların sayı həddən çox olub. Metroya axın böyükdür. Nəhayət platformaya çatan sərnişinlər vaqona minmək üçün xeyli reys ötürməli olublar.

COP29