Metrodan köç edənlər harada yurd salır?

media-hightechnic-468x90

juytjuhgjgBakının metro keçidlərindən (“20 Yanvar” stansiyası istisna olmaqla) ticarət köşkləri yığışdırıldı. Metroda ticarətlə məşğul olmuş adamlar indi haradadır? “Media forum” saytı bu məsələ ilə maraqlanıb.

Metoda ticarət “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradılandan sonra qadağan olunub. Fevralın 27-də prezident İlham Əliyevin sərəncamı ilə yaradılan “Bakı Metropoliteni” QSC-yə Zaur Hüseynov sədri təyin edilib. Beləliklə, uzun müddət Bakı Metropoliteninin rəisi işləmiş Tağı Əhmədov metro rəhbəri postundan uzaqlaşdırılıb.

Mart ayında metro keçidlərində ticarət köşkləri sökülüb. Ümumilikdə bu keçidlərdə 1200-ə yaxın köşk olub.

Metroda ticarət etmiş sahibkarların yerləşdiriləcəyi ünvanlar sırasında “Amay” Ticarət Mərkəzinin də adı çəkilirdi.

“Amay”a baş çəkdik. Bildirdilər ki, son günlər bura vaxtilə metroda ticarətlə məşğul olmuş sahibkarlardan keç kim müraciət etməyib.

Paytaxtın 8-ci kilometr qəsəbəsində, 8-ci kilometr bazarı yaxınlığında yerləşən “Lotos” Ticarət Mərkəzində isə metrodan çıxarılmış sahibkarlar üçün ayrıca yer qurulur. Hətta adını da qoyublar: “Metro Ticarət Mərkəzi”. Bu mərkəz “Lotos”un zirzəmisində açılır. Vaxtilə bura avtomobil dayanacağı olub. İndi dayanacağı təmir edib “Metro Ticarət Mərkəzi”nə çevirirlər.

“Lotos”un direktoru Bəhruz Həsənov bildirdi ki, metroda obyekti sökülənlər burada aprelin 10-dan fəaliyyətə başlaya biləcəklər. Bəhruz Həsənov qeyd etdi ki, onlar metrodan çıxarılan sahibkarlardan 180 nəfərinə yer verə biləcəklər. Burada əsasən metronun “Neftçilər”, “Qara Qarayev”, “Koroğlu”, “Nərimanov” və “Gənclik” stansiyalarının keçidlərində ticarət aparmış sahibkarlar yerləşdiriləcək.

Bəhruz Həsənov həmin sahibkarlarla müqavilə bağlanacağını və icarə qiymətlərində onlara bəzi güzəştlərin ediləcəyini söylədi.

“Lotos”da metrodan çıxarılan sahibkarların bəzisi ilə qarşılaşdıq. Onlar hələ fəaliyyətə başlamayıblar, yeni qurulan yerlərin hazırlanıb başa çatdırılmasını gözləyirlər. Sahibkarlar burada ticarətin yaxşı gedəcəyinə ümidlidirlər. Amma onlar yeni yerlərin hansı qiymətə təklif olunduğu barədə məlumat vermədilər, hələ ödəniş etmədiklərini dedilər.

“Koroğlu” metro stansiyasındakı obyektlərdən birində işləmiş Sabir Əhmədovla söhbətləşdik. Deyir metrodan çıxarılandan sonra özləri yer axtarıblar və “Lotos”u da hökumət, metropoliten vasitəsilə yox, özləri tapıblar: “Fərdi şəkildə müraciət etdik. Yer pulu metrodakından çox da fərqlənmir. Mən razıyam, metronun darısqal, havası ağır şəraitindənsə kondisioner olan yerdə işləmək daha yaxşıdır”.

Natiq Qurbanov “Neftçilər” metrosunun keçidindəki obyektlərin birində işləyib. O da deyir ki, buranı özü tapıb, onu burada heç kim yerləşdirməyib. Amma bildirir ki, burada satış metrodakı qədər çox olmayacaq: “Sadəcə şərait metrodakına nisbətən yaxşı olacaq”.

Natiq Qurbanov bir müddət icarə haqqını qabaqcadan ödəməyəcək, dediyinə görə, belə razılaşıb ki, müəyyən müddət işləsin, icarə haqqını sonra ödəsin.

Natiq Qurbanov metroda icarə haqqının buradakından artıq olduğunu da söylədi.

Söhbətləşdiyimiz adamlar metrodan çıxarılmış sahibkarların paytaxtın bir sıra digər ticarət mərkəzlərində yerləşməyə başladıqlarını da bildirdilər(musavat.com).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600