Dünyada ən çox əhalisi olan şəhər açıqlandı
Cakarta rəsmi olaraq dünyanın ən çox əhalisi olan şəhərinə çevrilərək Tokionu birinci yerdən kənarlaşdırıb.
Yenicag.az xəbər verir ki, BMT-nin yeni araşdırmasına görə, hazırda onun əhalisi 42 milyondur. Dəkkənin əhalisi 37 milyon, hazırda üçüncü yerdə olan Tokionun əhalisi isə 33 milyondur. Cakartanın hər kvadrat kilometrinə təxminən 15.000 nəfər düşür. Məhz bu kəskin yer çatışmazlığı İndoneziya hakimiyyətini 2021-ci ildə hökumət qurumlarının artıq köçdüyü yeni paytaxt Nusantaranın tikintisinə başlamaq kimi görünməmiş addım atmağa məcbur etmişdi.
Cakartadan başqa Dehli, Şanxay, Manila və Seul da daxil olmaqla, dünyanın ən çox əhalisi olan on şəhərindən doqquzu Asiyada yerləşir.












