Metronun yeni tikiləcək 10 stansiyasından 6-sının yeri müəyyənləşdirildi

media-hightechnic-468x90

“Bakı Metropoliteni” QSC-nin tikilməsi planlaşdırılan yeni stansiyalarının 6-sı Bənövşəyi xətt, 4-ü Yaşıl xətt üzrə olacaq.

Yenicag.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar mövzusunda mətbuat konfransında çıxışı zamanı bildirib.

Nazir müavini qeyd edib ki, artıq 6 stansiyanın yeri müəyyənləşdirilib.

“Bənövşəyi xəttin inkişaf etdirilməsi ilə Sumqayıt və Xırdalandan şəhər mərkəzinə olan sərnişin axınını daha səmərəli tənzimləmək üçün metronun mühüm tranzit rolunun gücləndirilməsi planlaşdırılır”, – deyə nazir müavini əlavə edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600