!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Metroya giriş məhdudlaşdırıldı: Sıxlıq yarandı - VİDEO

!Reklam – Yazi

Bakı metrosunun stansiyalarının birinin girişində sıxlıq yaranıb.

Yenicag.az xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Vətəndaşlar bildirir ki, bura “Elmlər Akademiyası” stansiyasıdır.

Bu, “Bakı metropoliteni” QSC-nin tətbiq etdiyi yeniliklə bağlıdır. Belə ki, hələ ötən gün qurumun mətbuat katibi Bəxtiyar Məmmədov “Xəzər xəbər”ə açıqlamasında bildirmişdi ki, sıxlığı aradan qaldırmaq üçün görüləcək işlərdən ən əsası yeni stansiyaların tikintisidir.

Metropoliten sözçüsünün sözlərinə görə, əgər son günlərdəki sıxlıq biraz da davam edərsə, platformalardakı insan yükünü azaltmaq üçün stansiyalara girişin məhdudlaşdırılmasına başlanılacaq. Vaqonlar arasındakı 2 dəqiqəlik məsafəyə uyğun sərnişinlərin stansiyalara az-az buraxılması təmin ediləcək.

Həmin görüntüləri təqdim edirik:

 

www.yenicag.az

154
Ads
www.veteninfo.com
!Reklam – Arxiv