Məzahir Pənahov protokolu təsdiq etdi
Noyabrın 25-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirildi. Əvvəlcə Komissiyanın 21 noyabr 2014-cü il tarixində keçirilmiş iclasının protokolu təsdiq edildi.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən daxil olan məlumata görə, sonra 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxıldı və Komissiya üzvlərinin müzakirəsindən sonra daxil olan 4 müraciətin 3-nün təmin olunmasına, digər müraciətin isə təmin olunmamasına qərar verildi.
MSK-nın qərarı ilə bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edildi.
İclasda cari məsələlərə də baxıldı.
Xarici qurumların və kütləvi informasiya vasitələrinin nümayəndələri iclasda iştirak edirdi. (qafqazinfo.az)