Yenicag.az xəbər verir ki, bu gün Türkiyənin Milliyyətçi Hərəkat Partiyasındakı müxaliflər qurultay keçirəcək. Meral Akşener, Sinan Oğan, Ümit Özdağ və Koray Aydının tələb etdiyi və Çağrı Heyəti tərəfindən keçiriləcək qurultayı başqan Dövlət Baxçalı tanımır.
MHP başqanı 10 iyulda qurultay keçirilməsini tələb edib.
Əgər bu günki qurultayda müxaliflər mandatlı nümayəndələrin böyük əksəriyyətinin dəstəyini qazansalar, Nizamnamədə dəyişiklik ediləcək. Belə ki, MHP-nin Nizamnaməsi fövqəladə qurultayda sədr seçilməsini qadağan edir. Ancaq bu qurultayda Nizamnamədəki bu maddənin dəyişdirilməsi və sədr seçkilərinə yol açılmasını nəzərdə tutur. Fəqət Baxçalı 10 iyunda Nizamnamə dəyişmədən sədr seçkisinə gedilməsini istəyir ki, müxaliflər bunu qanuna zidd hesab edirlər.
Bu arada Baxçalının heyətindən bir neçə önəmli isim də müxaliflərlə birlikdə qurultay keçirilməsini tələb edib. Mərkəzi İdarə Heyətindən Özcan Pələvanoğlu, İsparta millət vəkili Nuri Okutan da son anda Baxçalını tərk edənlər arasındadır.
Buna baxmayaraq, Baxçalının son ana qədər mübarizədən geri çəkilməyəcəyi bildirilir.
Yenicag.az
www.yenicag.az