MİDA-da SEHRLİ BARMAQ: Mənzillər 1 dəqiqədə necə satılıb? - VİDEO
Xəbər verdiyimiz kimi, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) növbəti güzəştli mənzil satışını həyata keçirib.
Yenicag.az-ın məlumatına görə, mənzillərin satışı bu dəfə 1 dəqiqə çəkib.
MİDA tərəfindən həyata keçirilən mənzil satışları bu günədək problemsiz başa çatmayıb. Hər mənzil satışı insanların narazılığına səbəb olub. Ən çox səsləndirilən iddia isə mənzillərin bir və ya bir neçə şəxs tərəfindən əvvəlcədən hakerlər vasitəsilə alınmasıdır. Hətta bununla bağlı ötən illərdə həbslər də həyata keçirilib.
“Yeni Çağ” Media Qrupunun “Sözümüz var” layihəsi 31 mart 2022-ci il tarixli 47-ci buraxılışında sözügedən məsələyə özünəməxsus tərzdə münasibət bildirmişdi.
Məsələnin aktuallığını nəzərə alaraq həmin buraxılışı təqdim edirik:












