Millət vəkili at belində-Fotolar

media-hightechnic-468x90

yyyyMillət vəkili Qənirə Paşayeva at belində şəkillər çəkdirib.

O, modelyer Gülnarə Xəlilova ilə birlikdə getdiyi Atçılıq Federasiyasında çəkilmiş fotolarını sosial şəbəkədə paylaşaraq bu sözləri yazıb:

“Dəyərli dost Gülnarə Xəlilova ilə Atçılıq Federasiyasında gözəl gün keçirdik. At çapdıq, onlara dair beynəlxalq yarışların qalibi olan dostlardan yenə çox şeylər öyrəndik. Federasiyanın rəhbərliyinə, əməkdaşlarına hər zaman hər kəsə, o cümlədən bizə göstərdikləri diqqət üçün təşəkkürlər. Həmişə bu gözəl məkandan xoş duyğularla ayrılırıq. Mükəmməl atlar var. Bu gün Qarabağ atları və Dilboz atları ilə bağlı bilmədiyimiz bir çox şeyləri də öyrəndik. Respublika Atçılıq Federasiyamızın sürətli inkişafı və uğurları, beynəlxalq aləmdə tanınması hamımızı sevindirir. Onlar ən yaxşı dostlardan biridir. Söhbət edə bilirsiniz. Bəzən sizi hətta bəzi insanlardan da yaxşı anlayır. Hətta acı, kədər, mutluluğunuzu belə həmin dəqiqə hiss edir və paylaşır. Atlar çox həssasdır və yaxşı dostdur. İnsana hüzur verir. Heyvanlara qarşı qəddar, acımasız hərəkət edən insanlarla hər zaman barışmaz olmuşam. Belələrinin sevgisinə inanmaram heç zaman. Atlar isə sevgini o dəqiqə hiss edir və hərəkətləri ilə bunu sizə anladır, qarşılıq verir. Bunu görmək istəyirsinizsə, gözlərinə baxın sadəcə. Heyvanlara qarşı bütün qəddarlıqlara, amansızlıqlara, bunu törədənlərin əleyhinə qınaq dolu olmalıyıq hər zaman. Bu gün ona yeni bir ad da qoydum”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600