Millət vəkilindən idmançını qınayanlara tərs sillə – “İdmançını öz məşqçisindən başqa…”

media-hightechnic-468x90

11401373_794669717315925_2684543942748304989_n“Deyirəm işə düşmüşük Vallah. İdmandan xəbəri olmayan, idman üçün idmançı üçün bir iş görməyən adamçıqlar bu gün idmançını müzakirəyə çıxarıb, onları tənqid, hətta təhqir edirlər”.

Bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev öz facebook hesabında erməniyə uduzun idmançı Həsən Əliyev haqqında status paylaşıb.

“İdmançı onun məşqçisindən başqa heç kimin ixtiyarı yoxdur ki, güldən ağır söz desin. Əvvəla, onu deyim ki, bu cür mötəbər yarışlara elə-belə sıradan bir idmançıları buraxmırlar nə biz tərəfdən, nə də rəqiblər tərəfindən. Yarışlarda isə bir çəki dərəcəsində, bir qızıl medal olur ki, onun da üstündə güclü mübarizələr aparılır. Ölkəsindən və millətindən aslı olmayaraq, daha hazırlıqlı və bəxti gətirən idmançı qalib çıxa bilər”.

Millət vəkili fikirlərini davam etdirirək bunları qeyd edib:

“Hamıya məlumdur ki, iki idmançıdan biri qalib olmalıdır. Bu dəfə idmançımızın bəxti gətirmədi, nə etmək olar, bu idmandı. İndi durub hamımız düşək bu idmançının üstünə ki, sən uduzmusan..? Əgər, biz bur cür kampaniyaya dəstək verərsək, başqa idmançılarımızı da ruhdan salarıq.. Qabaqda isə bizi çox maraqlı yarışlar gözləyir, o yarışlarda da başqa millətlərin nümayəndləri iştirak edəcəklər. Dostlar, gəlin birlikdə, bu ağır və şərəfli işdə idmançılarımızın yanında olub, onlara dəstək olaq. Allah millətimizə kömək olsun”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600