!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Millət vəkilliyinə namizədliyimin təsdiqlənməsi özümə belə inandırıcı görünməsə də...” – Vəfa Aktuz

!Reklam – Yazi

“Sevindirici məqamlardan biri də mənsub olduğum Yenidən Rifah Partiyasının Cumhur İttifaqına qoşulmasıdır”.

Bu fikirləri Türkiyədə mayın 14-də keçiriləcək parlament seçkilərində millət vəkilliyinə namizədliyi təsdiq olunmuş Azərbaycan əsilli siyasətçi, Yenidən Rifah Partiyası sədrinin xarici əlaqələr üzrə müavini Vəfa Aktuz Yenicag.az-a açıqlamasında deyib.

Vəfa Aktuzun sözlərinə görə, millət vəkilliyinə namizədliyinin təsdiqlənməsi də onun üçün böyük uğurdur:

“Mən 2019-cu ildən etibarən Yenidən Rifah Patiyası sədrinin xarici əlaqələr üzrə müavini vəzifəsindəyəm. Bu statusla Türkiyədə mayın 14-də keçiriləcək parlament seçkilərində millət vəkilliyinə namizədliyə namizəd oldum. Açığı, milyonların arasından bu etimada layiq görülmək öncə özümə belə inandırıcı görünməsə də, çox şükür ki, mən də namizədlər sırasına daxil edildim.

Artıq haqqımızda olan zəruri məlumatlar Türkiyə Mərkəzi Seçki Komissiyasına göndərilib. Əlbəttə, seçilib-seçilməmək təqdiri-ilahidir, lakin millət vəkilliyinə namizəd olmaq mənim və xalqım üçün böyük bir şərəfdir. Dediyim kimi, seçilmək məsələsi Allahdan asılı işdir, partiyanın imkanları ilə bağlı məsələdir. Yəni partiya yetərli dərəcədə seçici səslərini topladıqda, biz namizədlər millət vəkili seçilə bilərik. Bununla belə, millət vəkilliyinə namizəd olmaq da mənim üçün bir uğurdur.

Burada sevindirici məqamlardan biri də mənsub olduğum Yenidən Rifah Partiyasının Cumhur İttifaqına qoşulmasıdır. Biz partiya olaraq prezident seçkilərində bütün gücümüzlə hörmətli Prezidentimiz Rəcəb Tayyib Ərdoğanı dəstəkləyirik. Fəqət parlament seçkilərində partiyamızdan irəli sürülmüş namizədlərin qələbəsinə çalışacağıq.

Azərbaycanın otuz illik Qarabağ həsrətinə həm də hörmətli Ərdoğanın mənəvi-siyasi dəstəyi sayəsində son qoyulması da Cumhur İttifaqında təmsil olunmağımızın sevincini artıran məqamdır. Eyni zamanda hörmətli prezidentimizin səyləri ilə Türk dünyası üzrə dostluğun, qardaşlığın gücünü bütün dünyaya göstərdik. Ona görə də mənim üçün bu siyasi ittifaqın yeri çox özəldir.

Bildiyiniz kimi, Türkiyədə təqribən on milyon civarında Azərbaycan əsilli soydaşımız yaşayır. İnşallah, seçilərəmsə, Böyük Millət Məclisində həm onların, həm də Türkiyədəki bütün əngəlli insanlarımızın təmsilçisi olmağı düşünürəm. Xeyirlisi…”

Qeyd edək ki, Vəfa Aktuz siyasi fəaliyyətlə məşğul olmaqla yanaşı, həm də “Gülüstan” Kimsəsiz Uşaq və Qadınlara Yardım Dərnəyinin qurucu rəhbəridir. Namizədliyi İstanbul 1-ci bölgədən təsdiqlənən Vəfa xanım seçki sloqanını da bəyan edib: “Osmanlıya vəfa zamanı” İstiqamət ismət və şərəf yolu”.

A.Zeynalov

www.yenicag.az

1252
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv