Milli dəyərləri qoruyanlarla dəyərləri hədəf alanların savaşı: Prezident ailəsinin dəyərlər siyasətinin ŞTRİXLƏRİ

media-hightechnic-468x90

Bu il Azərbaycan cəmiyyəti nadir bir təqvim uyğunluğunun şahidi oldu – Novruz bayramı ilə Ramazan bayramı otuz üç il sonra eyni dövrə təsadüf etdi. Bu, sadəcə təqvim hadisəsi deyil, həm də milli və dini dəyərlərin bir-birini tamamladığını göstərən rəmzi bir məqam kimi yadda qaldı. Həmin günlərdə dövlət rəhbərliyi ilə yanaşı, Prezidentin ailəsinin də xalqı həm Novruz, həm Ramazan münasibətilə ayrı-ayrılıqda təbrik etməsi cəmiyyətə verilən mühüm mesaj idi: Azərbaycan dövlətində milli ənənələr və dini dəyərlər paralel şəkildə qorunur və yaşadılır.

media-banner_tkm

Bu təbriklər təkcə rəsmi jest kimi yox, həm də illərdir davam edən bir ənənənin növbəti halqası kimi qəbul edildi. Çünki hər Ramazan ayında şəhid ailələri və qazilər üçün təşkil olunan iftar süfrələri, aztəminatlı ailələrə göstərilən yardımlar, dini bayramlarda keçirilən sosial aksiyalar artıq Azərbaycan cəmiyyətində sabit və davamlı bir xəttə çevrilib. Bu xəttin önündə isə Prezidentin ailəsinin dayandığı hamıya məlumdur.

media-whatsapp-image-2026-03-22-at-12-14-11-1

Azərbaycanın Birinci vitse-prezidenti, Mehriban Əliyeva uzun illərdir ki, milli-mənəvi irsin qorunması və dini ocaqların bərpası istiqamətində ardıcıl fəaliyyət göstərir. Məsələn, 2007-ci ildə Bakı şəhərində yerləşən Bibiheybət məscidi əsaslı şəkildə yenidən qurularaq istifadəyə verildi və bu layihə ölkədə dini-mədəni irsin bərpası istiqamətində mühüm mərhələ kimi tarixə düşdü. Ardınca paytaxtın ən qədim dini mərkəzlərindən biri olan Təzəpir məscidi yenidən bərpa olundu, daha sonra isə 2016-cı ildə Azərbaycanın ən qədim məscidlərindən sayılan Şamaxı Cümə məscidi əsaslı rekonstruksiyadan sonra yenidən ibadətə açıldı.

\media-whatsapp-image-2026-03-22-at-12-14-13

Bu fəaliyyət yalnız paytaxt və regionlarla məhdudlaşmadı. Qarabağ torpaqları işğaldan azad edildikdən sonra dini abidələrin bərpası yeni mərhələyə qədəm qoydu. Ağdam, Şuşa və digər bölgələrdə dağıdılmış məscidlərin yenidən qurulması istiqamətində başlanmış genişmiqyaslı layihələr dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Bu prosesdə Prezidentin ailəsinin təşəbbüsləri və iştirakı xüsusi diqqət çəkdi.

media-whatsapp-image-2026-03-22-at-12-14-14-1

Prezidentin qızları – Leyla Əliyeva və Arzu Əliyeva də dini-mənəvi dəyərlərin qorunması istiqamətində aktiv mövqe nümayiş etdirirlər. Onların müxtəlif illərdə məscidlərin açılış mərasimlərində iştirakı və dini bayramlarda təşkil etdikləri sosial aksiyalar bu ailənin milli dəyərlərə münasibətinin davamlı və sistemli xarakter daşıdığını göstərir. Məsələn, son dövrlərdə Prezidentin qızları və ailə üzvlərinin Gəncə şəhərində yerləşən “İmamzadə”ni ziyarət etmələri cəmiyyətdə geniş rezonans doğurdu və dini ocaqlara göstərilən ehtiramın növbəti nümunəsi kimi qiymətləndirildi.

media-whatsapp-image-2026-03-22-at-12-14-13-1

Bu mənəvi xətt yalnız ölkə daxilindəki dini ocaqlarla məhdudlaşmır. Prezident və ailəsinin dəfələrlə İslam dünyasının ən müqəddəs məkanlarını ziyarət etməsi də onların dinə və müqəddəs dəyərlərə münasibətinin səmimiliyini göstərən mühüm faktorlardan biridir. Müxtəlif illərdə Prezident və ailə üzvlərinin müqəddəs Kəbə ziyarətində olmaları, həmçinin İslam aləminin ən əziz məkanlarından sayılan Məscid ən-Nəbəvi – yəni Həzrət Məhəmməd Peyğəmbərin (s.ə.s) mübarək məzarının yerləşdiyi müqəddəs məkanı ziyarət etmələri Azərbaycan cəmiyyətində böyük rəğbətlə qarşılanıb. Bu ziyarətlər formal protokol səfərləri kimi deyil, məhz mənəvi ehtiramın və dini bağlılığın ifadəsi kimi qiymətləndirilir.

media-whatsapp-image-2026-03-22-at-12-14-12-2

Əslində bütün bu faktlar bir mühüm reallığı ortaya qoyur: Prezident və onun ailəsi üçün din və milli dəyərlər yalnız rəmzi anlayış deyil, praktiki fəaliyyət istiqamətidir. Məscidlərin bərpası, müqəddəs ocaqların ziyarəti, dini bayramlarda sosial dəstək tədbirlərinin təşkili – bütün bunlar dövlətin milli-mənəvi siyasətinin konkret təzahürüdür.

media-whatsapp-image-2026-03-22-at-12-14-11

Bu gün müxtəlif dairələrin cəmiyyətdə dini hissləri manipulyasiya etməyə çalışdığı, dindarları dövlətə qarşı yönəltmək istədiyi bir dövrdə bu faktlar xüsusi əhəmiyyət daşıyır. Çünki reallıq göstərir ki, Azərbaycan modelində dövlət və din qarşıdurma yox, əməkdaşlıq münasibətləri üzərində qurulub. Prezident və ailəsinin dini ocaqlara və dindarlara münasibəti bu əməkdaşlığın real sübutudur.media-whatsapp-image-2026-03-22-at-12-14-12-1

Nəticə etibarilə, Novruz və Ramazan bayramlarının eyni tarixə təsadüf etdiyi bu il bir daha göstərdi ki, Azərbaycan dövlətinin və Prezident ailəsinin fəaliyyəti milli kimliyin, dini dəyərlərin və sosial həmrəyliyin qorunmasına yönəlmiş ardıcıl və sistemli siyasətin tərkib hissəsidir. Bu gün İslam dəyərlərinə sahib çıxan, müqəddəs ocaqlara ehtiram göstərən və dindar cəmiyyətin yanında dayanan bir dövlət modeli varsa, onun ən güclü dayaqlarından biri məhz Prezident və onun ailəsinin bu dəyərlərə verdiyi real və davamlı dəstəkdir.

Aqil Ələsgər

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05