!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Milli komandanın bitib-tükənmək bilməyən PROBLEMLƏRİ: “Hətta ikinci divizion səviyyəsində futbolçu tapılmır”

!Reklam – Yazi

“Azərbaycanlı futbolçular hətta Türkiyənin ikinci divizionunda autsayder komandalara da lazım deyillər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycan milli komandasının uğursuzluğu və problemlərin mümkün həll yolları haqda danışan idman jurnalisti Natiq Muxtarlı deyib.

Onun sözlərinə görə, yığmadan yoldaşlıq oyunlarından nəticə tələb edilsə belə, onu əldə etmək mümkün olmayacaq.

“Qazaxıstanla oyun yoxlama xarakterlidir. Ona görə də, belə qarşılaşmalara ciddi önəm verməyə ehtiyac yoxdur. Bu tip oyunlarda, adətən məşqçilər taktiki sistemləri, yeni oyunçuları sınaqdan keçirirlər. Üstəlik, onu da nəzərə alaq ki, Azərbaycan yığmasından bu tip oyunlarda nəticə tələb etsək belə onu əldə etmək mümkün olmayacaq. Çünki yığmanın potensialı Albaniyaya hətta yoxlama oyununda qalib gəlməyə imkan vermir. Bunun baş məşqçinin olub-olmaması ilə də heç bir əlaqəsi yoxdur. Yığmanın “sükanı” arxasında Mourinyo olsaydı, Albaniyaya qalib gələcəkdilər? Qətiyyən. Birdəfəlik başa düşməliyik ki, “millinin baş məşqçisi kim olsun” kimi mənasız işlərə vaxt ayırmağa ehtiyac yoxdur”, – deyə o bildirib.

Mütəxəssis qeyd edib ki, ikinci divizion səviyyəsində də Azərbaycanda futbolçu tapılmır:

“Azərbaycan futbolunun problemi millinin baş məşqçisi deyil. Bir neçə günü əvvəl ikinci divizionda “Cəbrayıl” – “Araz” (Saatlı) oyununa baxdım. İkinci divizionda oynayan komandaların heyətində xeyli legioner vardı. Bu o deməkdir ki, hətta ikinci divizion səviyyəsində də Azərbaycanda futbolçu tapılmır. Biz isə deyirik ki, Avropa, dünya çempionatının final mərhələsinə vəsiqə qazanmalıyıq. Nə ilə? Ölkədə futbolçu yetişdirilmir. Azərbaycanlı futbolçular hətta Türkiyənin ikinci divizionunda autsayder komandalara da lazım deyillər. Amma biz millidən nəticə tələb edirik. Mənasız işlərlə məşğuluq. İddialarımız reallıqla uyğun deyil. Azərbaycanda futbolun inkişafına sıfırdan başlamaq lazımdır. Futbolçu yetişdirmək lazımdır. Futbolçu – məhsul yoxdur. Biz isə “yemək” istəyirik. Əvvəl məhsulu – futbolçunu yetişdirək, onlar heç olmasa ortabab Avropa klublarında oynamağa yararlı olsunlar, onda sonra “yemək” – nəticə olacaq”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

351
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv