!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Milli komandaya azalan MARAQ: “Heç kim belə yığmaya pulunu və vaxtını sərf etməz”

!Reklam – Yazi

“Azarkeş pul verib, stadiona gedəndə ən azı keyfiyyətli oyun, mübarizə istəyir. Onu da “Qarabağ”da görür. Amma azərbaycanlı azarkeş uzun illərdir ki, yığmanın biabırçı məğlubiyyətlərinə şahidlik edir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycan Milli komandasının matçlarına marağın az olmasının səbəbləri barədə danışan idman jurnalisti Natiq Muxtarlı deyib.

Onun sözlərinə görə, yığma komanda bir neçə oyunda qələbə qazansa, nəticə versə, keyfiyyətli oyun sərgiləsə, stadion dolacaq. “Qarabağ” artıq Avropada özünün sübut etmiş komandadır. “Köhlən atlar” azərbaycanlı azarkeşlərin uğur, qələbə anlamında yeganə seçimdir. “Qarabağ” bu nüfuzu asanlıqla əldə etməyib: 11 ildir ki, ardıcıl olaraq Avrokubokların qrup mərhələsində oynayır, azarkeşlərə inanılmaz qələbələr bəxş edir və ən əsası, məğlub olsa belə, keyfiyyətli oyun ortaya qoyur”, – deyə o bildirib.

N.Muxtarlı vurğulayıb ki, azarkeş də bunu qiymətləndirir. “Azarkeş pul verib stadiona gedəndə ən azı keyfiyyətli oyun, mübarizə istəyir. Onu da “Qarabağ”da görür. Amma azərbaycanlı azarkeş uzun illərdir ki, yığmanın biabırçı məğlubiyyətlərinə şahidlik edir. Yığma komanda bir neçə oyunda qələbə qazansa, nəticə versə, keyfiyyətli oyun sərgiləsə, təbii ki, stadion dolacaq. Amma belə deyil. Belə olmadıqca da, azarkeşi “niyə yığmanın oyununa getmirsən” deyib ittiham edə bilmərik. Kim pulunu və vaxtını məğlubiyyətə, keyfiyyətsiz oyuna sərf edər?

Azərbaycan yığmasının hətta Lüksemburqla oyunda da məğlub olacağı əvvəlcədən bəllidirsə, azarkeş stadiona niyə getməlidir? Azarkeşin qəlbini fəth etmək üçün əvvəlcə milli inkişaf etməlidir. Milli inkişaf etsə, onun da oyunlarına biletlər dərhal satılacaq”, – deyə o əlavə edib. O, qeyd edib ki, burada günah azarkeşlərdə yox, yığmadadır. ““Elin gözü tərəzidir” deyimi bu məqam üçündür. Hamı hər şeyi görür və bilir. Heç kim belə yığmaya pulunu və vaxtını sərf etməz.

Və etməyənlər tam haqlıdırlar. Onları buna görə qınamaq olmaz. Adi bir heç-heçəyə görə 30 min manat mükafat alan futbolçu Lüksemburqa məğlub olursa, ayda 300 manat alan azarkeşi onu dəstəkləmədiyinə görə ittiham etmək ədalətsizlikdir”, – deyə o bildirib.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

170
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv