Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Milli Məclis buraxılır? - Növbədənkənar sessiya çağırılmasına deputatlardan REAKSİYA

Reklam: High Technic

Milli Məclisin iyulun 9-na növbədənkənar sessiyasının çağırılması, erkən parlament seçkiləri məsələsini yenidən gündəmə gətirib. 

Yenicag.az xəbər verir ki, parlamentin həmin tarixdə keçiriləcək növbədənkənar sessiyasında Milli Məclisin buraxılacağı haqda iddialar yayılıb.

Qeyd olunan iddialarla bağlı Yenicag.az-a açıqlama verən hakim Yeni Azərbaycan Partiyasından (YAP) millət vəkili Aydın Mirzəzadə bu barədə məlumatının olmadığını deyib:

“Bu barədə heç bir məlumatım yoxdur. Sessiyamız iyunun 1-də başlayıb və hələ yekunlaşmayıb. İyulda, ötən ay öz işinə başlayan növbətənkənar sessiya davam etdiriləcək”.

Mövzu ilə bağlı saytımıza danışan millət vəkili Vahid Əhmədov isə iyulun 9-da keçiriləcək növbədənkənar iclasda parlamentin buraxılacağını istisna edib:

“Növbədənkənar sessiyanın çağırılması Milli Məclisin iş qrafiki ilə əlaqədardır. Bildiyiniz kimi, əvvəllər bir sıra qanun layihələri sadəcə, ilk oxunuşdan sonra qəbul edilirdi. İndi isə layihələrin qəbul edilməsi üçün onların ikinci və üçüncü oxunuşdan keçməsi lazımdır. Yay sessiyası müddətində bütün layihələrin ikinci, üçüncü oxunuşda müzakirəsinə vaxt çatmadığına görə, növbədənkənar sessiyada həmin layihələrin müzakirəsi planlaşdırılır. O baxımdan, növbədənkənar sessiyanın Milli Məclisin buraxılması ilə heç bir əlaqəsi yoxdur. Kimlərinsə bu barədə dedikləri sadəcə, iddiadır”.

Səxavət Məmməd

www.yenicag.az

5091