Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Milli Məclis-dən AŞPA-ya ETİRAZ MƏKTUBU

Reklam: High Technic

“Prezident İlham Əliyev keçirdiyi videokonfrans şəklində müşavirədə ölkəmizdə I rübdə əldə olunan iqtisadi nəticələrin uğurlu olduğunu qeyd edib”.

Yenicag.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında spiker Sahibə Qafarova bildirib.

Spiker koronavirusla bağlı qabaqlayıcı tədbirlərin həm insanların sağlamlığını qoruyacağına, həm də iqtisadi inkişafı təmin edəcəyinə əminliyini ifadə edib: “VI çağırış Milli Məclisin iclasında Prezident İlham Əliyevin Milli Məclisin işi ilə bağlı verdiyi tövsiyələrə bundan sonra da əməl olunacaq”.

O, Prezidentin son müşavirədə beynəlxalq ictimaiyyətin gündəmində olan bir çox məsələlərlə bağlı əsaslandırılmış arqumentlərlə fikirlərini çatdırdığını bildirib: “Dövlət başçısı o cümlədən AŞPA-nın Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində keçirdiyi qondarma “seçkilərə” münasibət bildirməməsini qeyd etdi. Bəzən təşkilatdakı antiazərbaycan, ermənipərəst qüvvələr ermənilərdən də çox onların mənafeyini müdafiə edirlər. Bu gün onların bu “seçki”lərə münasibət bildirməməsi qəbuldilməzdir. Bununla bağlı Milli Məclis tərəfindən AŞPA-ya etiraz məktubu göndərilib”.

www.yenicag.az

258