Milli Məclis tətilə buraxılıb
Milli Məclis tətilə buraxılıb.
Yenicag.az-ın xəbərinə görə, parlament iyul ayının 15-dən avqust ayının 30-dək tətilə buraxılıb.
Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılırlar.
Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və Milli Məclisin deputatları həmin müddətə məzuniyyətdən geri çağırılırlar.
Qeyd edək ki, növbədənkənar sessiyanın ilk iclası iyunun 3-də keçirilib.