!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Milli Məclis Xocalı soyqırımı ilə bağlı bəyanat verdi

!Reklam – Yazi

Milli Məclis Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar bəyanat veririb.

Yenicag.az xəbər verir ki, bəyanatda soyqırımın bəşəriyyətə qarşı ağır cinayət olduğu qeyd edilib.

Bildirilib ki, Xocalı soyqırımının törədilməsində məqsəd Azərbaycan xalqının əzmini qırmaq, əraziləri işğal etmək olub.

“Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi Xocalı soyqırımı zamanı şəhərin 5379 nəfər əhalisi deportasiya olundu, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qaldı (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu, 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərdən hər ikisini itirdi, 613 nəfər, o cümlədən 63 uşaq, 70 qoca, 106 qadın işgəncə verilməklə vəhşicəsinə öldürüldü”,- bəyanatda deyilir.

Bəyanatda qeyd edilir ki, Xocalı soyqırımına beynəlxalq aləmdə lazmı hüquqi-siyasi qiymət verilməlidir.

Bəyanatda bildirilir ki, Xocalı soyqırımının ideoloqları, təşkilatçıları və icraçıları yaxalanaraq cəzalandırımalıdır.

Milli Məclis dünya ölkələrinin parlamentlərinə müraciət edir ki, erməni şovinistləri tərəfindən törədilmiş bu soyqırımı tanısınlar, pislənsinlər və gələcəkdə bu cür soyqırımların baş verməməsi üçün tədbirlər görsünlər.

COP29

www.yenicag.az

346
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv