“Ayntraxt” Bakıda məşq etməyəcək

media-hightechnic-468x90

UEFA Çempionlar Liqasının liqa mərhələsinin VII turunda “Qarabağ”la qarşılaşacaq “Ayntraxt”ın Bakıda mətbuat konfransı və media nümayəndələri üçün açıq məşqi olmayacaq.

Yenicag.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Frankfurt təmsilçisinin mətbuat konfransı və media nümayəndələri üçün açıq məşqi Almaniyada təşkil olunacaq.

Qeyd edək ki, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Ayntraxt” matçı saat 21:45-də başlayacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa