Tanınmış sahibkardan “Liv Bona Dea” xəstəxanasına qarşı ÇOX AĞIR İTTİHAMLAR - “Cəhənnəm quyusundaydım”

media-hightechnic-468x90

“Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli “Liv Bona Dea” xəstəxanasında üzlədiyi durumu qələmə alıb.

Yenicag.az bildirir ki, bu yazını heç vaxt qələmə almaq istəmədiyini qeyd edən Nigar Köçərli yaşadığı hadisəni susmağın mümkün olmadığı bir hədd kimi dəyərləndirib. Onun sözlərinə görə, yaşadıqları sadəcə tibbi problem deyil, insan ləyaqətinin tapdanmasıdır. “Cəhənnəm quyusundayam” deyə təsvir etdiyi vəziyyətdən sonra nə vaxt toparlana biləcəyini hələ də bilmədiyini qeyd edib.

Planlı əməliyyat, plansız biganəlik

Köçərli yanvarın 14-də səhər saat 7-də “Liv Bona Dea” xəstəxanasına planlı açıq ginekoloji əməliyyat üçün daxil olduqlarını yazıb. Ödəniş edildikdən sonra saat 7:30-da personalın tələbi ilə həyat yoldaşı Şahbaz bəydən ayrıldığını, onu isə yalnız saat 15:00-da yarıcan vəziyyətdə görə bildiyini bildirib.

“Bu ağrı o ağrı deyildi”

Əməliyyatdan ayıldıqdan sonra hiss etdiyi ağrının adi əməliyyat sonrası ağrı olmadığını vurğulayan Köçərli, dəfələrlə əlavə anesteziya üçün yalvardığını qeyd edib. Onun sözlərinə görə, tibb bacılarından biri “kapelnitsa” qoymaq üçün yaxınlaşarkən əlindəki qabı yarasının üzərinə atıb və bu, ağrını dözülməz həddə çatdırıb.

“Ağrı 10 ballıq şkalada 10 idi, artıq dözə bilmirdim”, – deyə yazan Köçərli ətrafında insanlar olsa da, çağırışlarına reaksiya verilmədiyini bildirib. İki dəfə qeysəriyyə əməliyyatı keçirdiyini xatırladaraq, belə bir ağrını heç vaxt yaşamadığını vurğulayıb.

Anesteziya üçün pul istəyirlər, amma kömək etmirlər

Bir müddət sonra əlavə anesteziya üçün ödəniş tələb olunduğunu, buna dərhal razılaşdığını qeyd edən Köçərli, buna baxmayaraq yenə də uzun müddət heç bir müdaxilə edilmədiyini yazıb. Ayıldıqca ağrının daha da artdığını, otaqda isə heç kimin olmadığını, hətta gülüş səsləri eşitdiyini bildirib.

Su xahiş etdiyini, heç olmasa dodaqlarının isladılmasını istədiyini, lakin buna belə reaksiya verilmədiyini də əlavə edib.

Kobud rəftar və səssiz palata

Anesteziyadan sonra oyandıqda tibb qardaşının son dərəcə kobud, əsəbi və laqeyd davrandığını yazan Köçərli, artıq etiraz edəcək vəziyyətdə olmadığını qeyd edib. Daha sonra palataya aparılıb və yalnız həmin vaxt həyat yoldaşı ilə görüşə bilib.

6 saatlıq əməliyyat və cavabsız suallar

Normalda 1–2 saat çəkməli olan əməliyyatın 6 saat uzanmasının səbəbi ilə bağlı nə əməliyyat zamanı, nə də sonra heç bir məlumat verilmədiyini bildirən Köçərli, həyat yoldaşının xəstəxanada mərtəbə-mərtəbə gəzərək elementar informasiya axtardığını vurğulayıb.

Sonradan məlum olub ki, yer olmadığı üçün planlı ginekoloji əməliyyat kardioloji şöbədə aparılıb.

“Araşdırma aparılacaq” deyirlər, amma…

Şikayət etdiklərini öyrəndikdən sonra xəstəxana nümayəndələrinin yaxınlaşdığını yazan Köçərli, əsasən türkiyəli bir xanımın kameraların yoxlanılacağını, personal barədə araşdırma aparılacağını dediyini qeyd edib. Lakin bundan sonra həmin şəxsi bir daha görmədiklərini vurğulayıb.

Üç gün ərzində dəfələrlə kamera araşdırmasının nəticəsini soruşduqlarını, amma heç bir cavab ala bilmədiklərini bildirərək, “bizi sadəcə qoyun yerinə qoydular” ifadəsini işlədib.

Şlanqla evə buraxılan xəstə

Yanvarın 16-da xəstəxanadan çıxarkən həyat yoldaşının boynundan sallanan şlanqı gördüyünü yazan Köçərli, bunun epidural anesteziyadan sonra çıxarılmalı olan tibbi ləvazimat olduğunu qeyd edib. Üç gün ərzində heç kimin buna diqqət etmədiyini vurğulayıb. Şlanq yalnız bir saat sonra çıxarılıb.

Evə qayıtdıqdan sonra çağırılan tibb bacısının belindəki yara bandlarının hələ də çıxarılmadığını aşkar etdiyini, indi isə dərinin bişməsindən daha ağır əziyyət çəkdiyini bildirib.

“Sadəcə smenlə bəxtiniz gətirməyib”

Həyat yoldaşının bu barədə sosial şəbəkədə paylaşım etdikdən sonra kardioloji şöbədən zəng aldığını qeyd edən Köçərli, onlara “sadəcə smenlə bəxtiniz gətirməyib” deyildiyini yazıb.

Cavabsız suallar

Yazının sonunda Köçərli rasional yanaşmağa çalışdığını bildirərək bir sıra suallar ünvanlayıb:

• Bu qədər qəddar rəftar olunmaması üçün nə etməli idi?
• Əvvəlcədən baş həkimə “tapşırılmalı” idimi?
• Tibb personalının cibinə pul qoymalıydımı?
• Yoxsa canını qurtarmaq üçün ölkədən çıxmalı idi?

Bu suallar hələ də cavabsızdır.

Camal Cavanşir

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa