Reklam: High Technic
hightechnic

Milli Məclis Xocalıya görə toplanır

Bu gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək.

İclasın gündəliyinə 1 məsələ – Xocalı Soyqırımının 25 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin qərar layihəsi daxildir.

Xatırladaq ki, Ermənilərin törətdiyi Xocalı soyqırımı nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə qətlə yetirilib, 487 nəfər şikəst edilib, 1275 nəfər girov götürülərək amansız işgənclərə məruz qalıb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyil.

 

www.yenicag.az

66