!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Milli Məclisin sədri və müavinləri postuna namizədlərin adları açıqlandı - FOTOLAR/YENİLƏNDİ

!Reklam – Yazi

Yeddinci çağırış Milli Məclisin bu gün keçirilən ilk plenar iclasında komitələrə sədr seçkisi keçirilib.

Yenicag.az xəbər verir ki, Azər Əmiraslanov İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədri, Əli Hüseynli isə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri seçilib.

***

Rafael Hüseynov Milli Məclis sədrinin müavini postuna namizəd olub.

Yenicag.az-ın xəbərinə görə, parlamentdəki azlığın bu gün keçirilən iclasında Rafael Hüseynovun namizədliyi dəstəklənib.

Qeyd edək ki, parlamentdə azlıqda yer alan müxalifət partiyaları arasında ən çox deputat mandatını Vətəndaş Həmrəyliyi Partiyası qazanıb. VHP-ni parlamentdə Rafael Hüseynov, Fəzail İbrahimli və Tənzilə Rüstəmxanlı təmsil edir.

Xatırladaq ki, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib./apa

09:30

Musa Qasımlı Milli Məclis sədrinin müavini postuna namizəd olub.

Yenicag.az-ın xəbərinə görə, Musa Qasımlı parlamentdəki bitərəflərin namizədi olub./apa

08:26

Yeni Azərbaycan Partiyasının yeni seçilmiş deputatlarının iclası keçirilir.

Yenicag.az-ın xəbərinə görə, iclasda parlamentdə çoxluq təşkil edən YAP-ın Milli Məclisin sədri postuna namizədi müəyyənləşib.

YAP-ın Milli Məclisin sədri postuna namizədi Sahibə Qafarovadır.

Sahibə Qafarova bundan əvvəl VI Çağırış Milli Məclisin sədri olub.

Qeyd edək ki, bu gün VII Çağırış Milli Məclisin ilk iclası da keçiriləcək. Milli Məclisin yeni tərkibdə ilk iclasında parlamentin sədri və onun müavinləri seçiləcək.

Xatırladaq ki, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib./apa

COP29

www.yenicag.az

201
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv