Millimiz Litvaya qarşı
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasında sonuncu oyununu keçirəcək.
Yenicag.az xəbər verir ki, C Liqasının 4-cü qrupunda yer alan millimiz Litva yığmasını qəbul edəcək. Bayıl stadionunda təşkil olunacaq qarşılaşmanı İsraildən olan hakimlər briqadası idarə edəcək. Matç saat 18:00-da başlayacaq.
Qrupun qalibi B divizionuna yüksələcək.
Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl qrupda Monteneqro ilə 2 dəfə heç heçə edib (0:0, 1:1), 1 dəfə isə Litvaya qalib gəlib (2:0).
30 may
18:00. Azərbaycan (Qadınlar) – Litva (Qadınlar)
Hakimlər: Sapir Gaya Berman, May Moalem, Nofar Chava Skorka, Shada Dahamshi (İsrail)
Bayıl stadionu
Xallar: Monteneqro – 5 (3 oyun), Azərbaycan – 5 (3 oyun), Litva – 0 (2 oyun).