!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Millimiz Şimali İrlandiya ilə oyuna yeni formalarla çıxacaq

!Reklam – Yazi

Bir neçə ildi “Umbro” şirkəti ilə əməkdaşlıq edən AFFA Azərbaycan millisi üçün Avro-2016-nın seçmə mərhələsinin sonuna qədər kifayət edəcək sayda geyim əldə edib.

Yenicag.az xəbər verir ki, mövcud geyim dəstlərindən qənaətlə istifadə olunduğundan, yığmamızın DÇ-2018-in geridə qalan oyunlarında da “Umbro” şirkətinin istehsalı olan formalardan istifadə edilib.

Seçmə mərhələnin digər qarşılaşmaları üçün forma almaq məqsədilə AFFA bir neçə, o cümlədən “Umbro” və “Nike” şirkətləri ilə danışıqlar aparıb. “Nike” şirkəti “Umbro” ilə müqayisədə tələb olunan geyimləri daha tez və 11 faiz ucuz qiymətə təmin etdiyi üçün AFFA ilə “Nike” arasında razılıq əldə olunub.
Beləliklə, Azərbaycan milli komandası DÇ-2018-in seçmə mərhələsində iyunun 10-da Şimali İrlandiyaya qarşı keçirəcəyi oyundan etibarən mövsümün sonuna qədər meydana “Nike” istehsalı formada çıxacaq.

Qeyd edək ki, formanın dizaynı iyunun 8-də təqdim olunacaq.

Yenicag.az

 

www.yenicag.az

899
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv