Millimizin baş məşqçisi: "Bu gün bizdən xoşbəxti ola bilməz"

media-hightechnic-468x90

Hisslərimi sözlərlə ifadə edə bilmirəm. Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Yenicag.az xəbər verir ki, bu sözləri Azərbaycan minifutbol millisinin baş məşqçisi Elşad Quliyev Bakıda keçirilən dünya çempionatında Monteneqro yığmasına 2:1 hesabı ilə qalib gələrək finala vəsiqə qazanmaları barədə jurnalistlərə açıqlamasında deyib.

O, Milli Gimnastika Arenasında komandaya dəstək olan azarkeşlərə təşəkkür edib: “Çox gözəl hisslərdir. Şükürlər olsun ki, final matçı oynayacağıq. Bütün futbolçularımızın əlləri, qolları var olsun. Bu gün bizdən xoşbəxti ola bilməz”.

Qeyd edək ki, həlledici görüş iyunun 1-də təşkil olunacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa