Millimizin baş məşqçisi: "Komandam İngiltərəyə qarşı layiqli mübarizə apardı"

media-hightechnic-468x90

Qələbə münasibətilə Azərbaycan xalqını təbrik edirəm.

Yenicag.az xəbər verir ki, bu sözləri minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev Bakıda keçirilən dünya çempionatının 1/4 final mərhələsində İngiltərəyə qalib gələrək yarımfinala yüksəlmələri barədə danışarkən deyib.

O, komandasının layiqli şəkildə mübarizə apardığını bildirib: “Gözəl oyun nümayiş etdirdik. Hər mərhələ keçdikcə güclü rəqiblər qarşımıza çıxır.

Sabah yarımfinalda Monteneqro ilə üz-üzə gələcəyik. Yalnız qələbə düşünürük”.

Qeyd edək ki, Azərbaycan seçməsi növbəti raundda Monteneqro ilə üz-üzə gələcək./Azertag/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa