!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Millimizin qapıçısı ilk dəfə özəl sirrlərini açdı: “O qızı bədbəxt edə bilmərəm”

!Reklam – Yazi

Adətən, idman aləmində gördüyü işlərdən danışıb. Bu dəfə isə şəxsi həyatı ilə bağlı sirlərini açdı.

Futbol üzrə milli komandanın qapıçısı Kamran Ağayevin Yenicag.az-a müsahibəsini təqdim edirik.

– Bu günlərdə aparıcı xanımla sevgili olmağınız barədə xəbərlər yayıldı. Açıqlama verdiniz ki, sadəcə dostsunuz. Bəs nə vaxt evlənib, bu söz-söhbətlərə son qoyacaqsız?

– Tək aparıcı yox e, bir çox müğənnilər var ki, onlarla dostluq edirəm. Amma yenə təkrarlayıram: onlarla aramızda sevgi münasibətləri yoxdur.

– Evliliklə bağlı sualdan yayındınız nəsə…

– Nə vaxt qismət olsa, evlənəcəm. Bəlkə də qızlar elə bilir ki, dostluq etdiyim müğənnilərlə sevgi yaşayıram. Bu, hardasa mənim üçün də problem yaradır.

– Hər halda, ürəyiniz də yəqin boş deyil?

– Sizə bir sirr açım: 31 yaşına çatmışam, amma hələ də sevginin nə olduğun bilmirəm. Əlbəttə, xoşuma gələn qızlar olub, amma bunu “sevgi” adlandırmaq düzgün deyil.

– Evlənəcəyiniz qız necə biri olmalıdır?

– Ümumiyyətlə, eyibsiz insan yoxdur, ideal olan tək Allahdır. İstər qız, istərsə də oğlan ailə quranda eyiblərə göz yummalıdır.

– Eyib deyərkən?

– Oğlan var ali təhsilli qız istəyir, oğlan var, deyir ki, qız hicablı olsun. Amma bir də görürsən ki, qarşına təsəvvür etmədiyin, tamam başqa bir qız çıxır, hansı ki, istədiyin o xüsusiyyətlər onda yoxdur. Bunula belə, o qız ürəyinə yatır. Qəlbinlə bacara bilmirsən. Onda belə şeylərə göz yumursan.

– Yəni demək istəyirsən ki, könül sevən göyçək olar?

– Bəli. Qız da belədir. Sevgisinə görə, oğlanın hansısa mənfi hərəkətlərinə göz yumur.

– Ətrafında səninlə evlənmək istəyən, sevgi mesajları yazan qızların da sayı çox olar, eləmi?

– Onsuz da elə qıza da, oğlana da sevgi mesajları yazan çox olur. O demək deyil ki, elə mən həmin qızın qapısına elçi göndərməliyəm? Ailə qurmaq məsuliyyətli işdir. Hər bir valideyn qızını elə bir oğlana vermək istəyər ki, spirtli içki içməsin, narkotik istifadəçisi olmasın. Şükür Allaha, mən belə şeylərdən uzağam.

– Evdə heç məsləhət edən olurmu ki, “oğlum, bu qohum qızlardan biri ilə evlən?”

– Olur. Çoxları mənə deyir ki, evlən, qızı sonra sevəcəksən.

– Sizcə, düz deyirlər?

– Yox, bu, yanlış fikirdir. Sevməsəm, o qızı evimə gətirib, bədbəxt edə bilmərəm. Hər kəs istəyər ki, sevib ailə qursun. Əgər sevgisiz ailə qursan, o sevgini kənarda axtaracaqsan. Lap evdə məsləhət görsələr ki, tutalım bu yaxşı qızdır, bununla evlən. Əlbəttə, hamı istəyər ki, yaxşı qızla ailə qursun. Amma evlənmək xatirinə evlənim, sonradan başlayım sevgimi axtarmağa? Sevgisiz izdivac mütləq ailənin dağılmasına gətirib çıxaracaq. Ara yerdə qız bədbəxt olur. Oğlan neçənci dəfə desən evlənəcək. Buna görə də götür-qoy etmək lazımdır, hansısa xanımın haqqına girmək olmaz.

– İdmançıların bəziləri model qızlarla evlənir. Sizin üçün gözəllik önəmlidir?

– İndi belə şeylər problem deyil. Gözəlliyi plastik əməliyyatlar hesabına da əldə etmək olur. Əsas olan ailəcanlı, əxlaqlı, gözəl xasiyyətli olmasıdır. Söz yox, hamı istəyər ki, dünya gözəli ilə evlənsin, amma qismətdən artıq yemək olmaz.

– Qısqancsınız, ailədə sərt qadağalarınız olacaqmı?

– Qısqanc deyəndə ki, yetimçiliklə böyümüşəm. Anamı uşaq ikən itirmişəm. Atamı çox istəmişəm. Hələ bir dəfə atam mənə deməyib ki, bu işi elə, ya da belə elə. Yeniyetməlik vaxtımdan özüm öz ayağım üstə durmağı bacarmışam. Öz həyat tərzim və baxışlarım var. Kaprizli olduğumu düşünmürəm, hər halda, müəyyən mühafizəkarlığım var. Bu da mənim xarakterimdir. Yəqin ki, məni başadüşən bir qadın qarşıma çıxar.

Cəvahir

COP29

www.yenicag.az

3349
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv