Milyarder törətdiyi cinayətləri etiraf edib-Fotolar

media-hightechnic-468x90

40635_28p89jor8gAmerikalı milyarder Robert Derst həbs olunub.

Haqqında sənədli film çəkilən iş adamı fasilə zamanı mikrofonu söndürməyi unudub və özünü ələ verib. Belə ki, Robert indiyədək törətdiyi cinayətləri etiraf edib.

Öz-özünə danışan 71 yaşlı milyarder “Mən nələr etmişəm. Əlbəttə hamısını öldürmüşəm” deyib. Həyat yoldaşı Katlin və rəfiqəsi, mafiya üzvünün qızı Suzan Bermanı nəzərdə tutan R.Derst dərhal polis tərəfindən həbs edilib.

Qeyd edək ki, 1982-ci ildə itən və daha sonra cəsədi tapılan Katlinin qətlində Derst şübhəli bilinsə də, sübut olmadığından tutulmamışdı.

Suzan isə 2000-ci ildə evində silahla qətlə yetirilib. O, Derstin xanımı Katlinin itməsi ilə bağlı başlanan istintaqın gedişində öldürülmüşdü.

Bundan başqa, Robert 2011-ci ildə qonşusu Morris Blakı qətlə yetirib. Lakin sübutlar kifayət etmədiyindən məhkəmə onu sərbəst buraxmışdı.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600