Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Milyonlarla vəsait ÖLKƏDƏN ÇIXIR: Nə üçün bahalaşan yanacağın yerli istehsalı təşkil edilmir? - ŞƏRH

“Avro-5″ standartına uyğun benzinin yerli istehsalının olmaması idxal nəticəsində hər il 100 milyon manata yaxın valyutanın ölkədən çıxmasına səbəb olur”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycana idxal edilən benzinin qiymətlərində müşahidə olunan artıma münasibət bildirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputata görə, qiyməti bahalaşan marka yanacaqların yerli istehsalının daha qısa zamanda həyata keçirilməsi vacibdir:

“Dövlət Neft Şirkəti 2021-ci ildə “Avro-5” standartına cavab verən dizel, 2022-ci ildə uyğun keyfiyyətdə benzin yanacağı istehsalını hədəfləsə də, hələlik ölkəmizdə yalnız Aİ-92 markalı benzin və dizel emal olunur. “Avro-5″ standartına uyğun benzin istehsalı bir tərəfdən Aİ 95 və Aİ 98 markalı benzinin qiymətinin optimallaşmasına və onun xarici bazarla əlaqəsinin kəskin azalmasına, digər tərəfdən isə idxal nəticəsində ölkədən valyuta axının qarşısını alınmasına səbəb ola bilər.

2020-ci ildə isə Azərbaycan 58 milyon 615 min dollar (99 milyon 646 min manat) dəyərində Aİ-95 benzini idxal edib. Bu, əvvəlki il ilə müqayisədə həcm ifadəsində 80,3%, dəyər ifadəsində isə 44,2% çox olub. Halbuki yerli istehsalın təşkil edilməsi həmin vəsaitin ölkədə qalmasına imkan verə bilər.

Bu baxımdan, idxal olunan yanacağın qiymətlərinin optimallaşması və qiymət artımlarının qarşısının alınması üçün daha qısa zamanda yerli istehsalın təşkil edilməsi və idxalın məhdudlaşdırılmasına ehtiyac var. Neft istehsalçısı və ixracatçısı olan Azərbaycanda bunun daha qısa zamanda təşkil edilməsi xammal və texnoloji baxımdan hər hansı çətinlik yaratmır”.

Gülşən Şərif

www.yenicag.az

246
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100