Mina terroru can almaqda DAVAM EDİR: “Xəritələrin Ermənistanda olub-olmaması belə şübhəlidir”

media-hightechnic-468x90

“Gələcəkdə mina məsələsi başımıza daha çox oyunlar gətirəcək”.

Bunu Yenicag.az-a açıqlamasında son günlər artan mina partlayışları fonunda Ermənistanın xəritələri Azərbaycana verməməsinin əsas səbəblərindən danışan hərbi ekspert Telman Qasımov deyib.

media-telman4

Onun sözlərinə görə, mina xəritələrinin Ermənistanda olub-olmaması belə şübhəlidir:

“Çünki 44 günlük Vətən müharibəsi zamanı onlar qərargahlarını qoyub qaçıblar. Öz canlarının hayında idilər. Nə qədər sənəd, hərbi texnika, sursat varsa, hər biri elə yerindəcə qalmışdı. Hazırda bizə maraqlı olan məqam mina xəritələrini özləri ilə aparması, Ermənistanın müdafiə nazirliyində kopyalarının saxlanılması, yaxud, ümumiyyətlə, məhv edilməsidir. Çox güman ki, qaçdıqları zaman xəritələri yandırıblar. İndi isə xəritələrlə bağlı gah spekulyasiya edir, gah əsəblərimizlə oynayır, gah da saxta yerlər göstərirlər. Biz, ümumiyyətlə, həmin xəritələrin mövcud olub-olmadığını müəyyənləşdirməliyik”.

T. Qasımov əlavə edib ki, sözügedən məsələ çox qəlizdir:

“Hətta İkinci Dünya müharibəsindən qalan minaların belə Rusiya meşələrində partladığı ilə bağlı ara-sıra xəbərlər görməkdəyik. Təəssüfedici məqam bu işlərlə məşğul olan beynəlxalq qurumların passivlik göstərməsidir. Halbuki humanitar yardımlar, müasir texnologiyalar ilə minaları zərərsizləşdirə bilərlər. Xüsusilə Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl istiqamətləri düzənlik olduğu üçün sanki minanı tum kimi səpiblər. Bir sözlə, gələcəkdə mina məsələsi başımıza daha çox oyunlar gətirəcək”.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600