Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Minalanmış sahələrdə davranış QAYDALARI: Həlak olan jurnalistlərə status veriləcək? - Teletənqidçi İZAH ETDİ

“Bunlar hamısı jurnalist taleyidir. Həmkarlarımızın bu cür faciəvi həlak olmasından üzülürük”.

Bu sözləri Yenicag.az-da AzərTac-ın xüsusi müxbiri Məhərrəm Əlioğlu və AZTV-nin operatoru Sirac Abışov Kəlbəcərdə minaya düşərək həlak olmalarına münasibət bildirən teletənqidçi, əməkdar jurnalist Qulu Məhərrəmli deyib.

Qulu Məhərrəmli bildirib ki, jurnalist peşəsinin şirini də, acısı da var:

“Müharibə dövründə jurnalistlər auditoriyanı məlumatlandırmağa çalışırdılar. Müharibə vaxtı bəzi xarici jurnalistləri cəbhənin dərinliklərinə buraxırdılar, ancaq yerli jurnalistləri buraxmırdılar. Bunun üçün ya şərait yaradılmadı, ya da təkid olmadı. Hər halda jurnalistlərin qaşısına qoyulan vəzifələri yerinə yetirməyə çalışırlar.

Cəbhə bölgəsində davranış mülki məsələ deyil. O ərazilərə gedən jurnalistlər öz vəzifə borclarını yerinə yetirirdilər. Biz həmin minalanmış sahələrdə davranış qaydalarını bilməliyik. Mütləq hərbçilərin müşayəti ilə, xüsusi cızılmış sahədə hərəkət edilməlidir. Bəzən jurnalist marağı, çəkmək, göstərmək, material çatdırmaq həvəsi çərçivələri aşır”.

Həlak olan jurnalistlərə hansısa statusun verilməsinə gəldikdə isə, Qulu Məhərrəmli bunları deyib:

“Bu sırf hüquq məsələsidir. Əgər jurnalist öz vəzifəsinin icrası zamanı həlak olursa, baxmayaraq ki, müharibə dövrü sayılmır. Ancaq faktiki olaraq müharibənin nəticəsində bu adamlar həyatlarını itirirlər. Düşünürəm ki, bu cür stiuasiyalar üçün istisnalar olmalıdır. Onlar da hansısa status almalıdırlar”.

Səxavət Məmməd

www.yenicag.az

307
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100