Mingəçevirdə 10-cu sinif şagirdi itkin düşdü - FOTO

media-hightechnic-468x90

Mingəçevirdə 10-cu sinif şagirdi itkin düşüb.

Yenicag.az xəbər verir ki, dünən günorta saatlarında Mingəçevir şəhər 9 saylı orta məktəbin 10-cu sinif şagirdi, 2004-cü il təvəllüdlü Abbasov Ruslan Məhərrəm oğlu yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Hadisə ilə bağlı Rayon Polis Şöbəsinə məlumat verilib.

R. Abbasovun atası Məhərrəm Abbasovun verdiyi məlumata gör, oğlu dünən M.Ə.Sabir küçəsi 6 ünvanında yaşadıqları evdən məişət tullantılarını atmaq məqsədilə çıxıb. Bu zaman nə mobil telefonunu, nə də daim istifadə etdiyi eynəyi belə götürməyib. Əynində qara şalvar və qara-qırmızı zolaqlı kofta olub./APA/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600