Minifutbol millimiz AVROPA ÇEMPİONATINA qələbə ilə başlayıb
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatına qələbə ilə start verib.
Yenicag.az “Report”un Bratislavaya ezam olunmuş əməkdaşına istinadən xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv F qrupundakı ilk oyununda Avstriya yığması ilə üz-üzə gəlib.
“Tipos Arena”dakı matç Azərbaycan komandasının qalibiyyəti ilə bitib – 1:0.
İsa Atayev 36-cı dəqiqədə fərqlənib.
Xatırladaq ki, Azərbaycan millisi mayın 29-da İtaliya, 30-da isə Fransa ilə münasibətlərə aydınlıq gətirəcək.













