Minik avtomobili ilə motosiklet toqquşub

media-hightechnic-468x90

kkkkkkkkkMingəçevir şəhərində ağır yol qəzası baş verib.

Mingəçevir şəhərində vətəndaş tərəfindən idarə olunan “VAZ” markalı minik avtomobili ilə “İJ” markalı motosikletin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Yanğın nəticəsində motosikletin təkərləri və yanacaq çəni yanıb. Hadisə zamanı hər iki sürücüsü müxtəlif bədən xəsarətləri ilə Təcili Tibbi Yardım Stansiyası maşını ilə xəstəxanaya aparılıb.

Motosikletin sərnişini aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Avtomobilin və motosikletin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600