Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Minik maşını çuxura düşüb

images (2)Balakən rayonunda bir nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

Balakən rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə Balakən-Qazma avtomobil yolunda qeydə alınıb. 1983-cü il təvəllüdlü, rayonun Qazma kənd sakini Sərdar Abdurəhman oğlu Eminovun idarə etdiyi “VAZ 21015” markalı, 08 BF 962 dövlət nömrə nişanlı avtomobillə rayon mərkəzi istiqamətində hərəkətdə olarkən idarəetmənin itməsi səbəbindən yolun kənarındakı çuxura düşüb. Qəza nəticəsində xəsarət alan sürücü S.Eminov Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Balakən RMX-dan bildirilib ki, qapalı baş-beyin travması alan yaralının vəziyyəti orta-stabil qiymətləndirilir.

www.yenicag.az

305