Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Minlərlə İŞİD-çini Avropaya göndərərik - Trampdan TƏHDİD

ABŞ həbsxanalarındakı avropalı İŞİD-çiləri öz doğma ölkələri qəbul etməsə, Vaşinqton 2500 terrorçunu azadlığa buraxa bilər.

Yenicag.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Minlərlə İŞİD döyüşçüsü var əlimizdə. İstəyirik ki, Avropa onları qəbul etsin. Əgər həmin ölkələr terrorçuları qəbul etməsələr, biz böyük ehtimalla onları Avropaya göndərəcəyik”, – Tramp bildirib.

Qeyd edək ki cari ilin fevral ayında da ABŞ Prezidenti Donald Tramp Böyük Britaniya, Fransa və Almaniyadakı müttəfiqlərini Suriyada saxlanılan 800 İŞİD üzvünü geri qaytarmağa və məhkəmə qarşısına çıxarmağa çağırmışdı.

Tramp həmçinin xilafətin tezliklə süqut edəcəyini və artıq İŞİD terrorçularının Avropada hara getdiyini izləmək istəmədiyini bildirmiş, sözügedən dövlətlərin məsuliyyəti öz üzərlərinə götürməli olduqlarını vurğulamışdı.

www.yenicag.az

3005