!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

MİQ: Müsahibə mərhələsində uğur qazanan müəllimlərin sayı AÇIQLANDI

!Reklam – Yazi

18-19 avqust tarixlərində keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinin nəticələri şəxsi səhifələrə göndərilib.

Təhsil Nazirliyindən enicag.az-a verilən məlumata görə, qeyd olunan tarixlərdə alman dili, fizika, fiziki tərbiyə, fransız dili, informatika, kimya, texnologiya, təsviri incəsənət və riyaziyyat fənləri üzrə keçirilən müsahibələrdə 1 264 namizəd uğur qazanaraq ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə müəllim olaraq çalışmaq imkanı əldə edib.

Namizədlər şəxsi səhifələrində qeyd olunan tarixədək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), dörd ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışının təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur.

Qeyd edək ki, çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunan namizədlərin işə qəbulu rəsmiləşəcək.

Eyni zamanda müsahibə mərhələsində uğur qazandıqdan sonra tutduğu vakant yerdən imtina edən şəxslərin növbəti turlarda iştirakı təmin olunmayacaq.

www.yenicag.az

484
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv