MİQ üzrə bir sıra fənlərlə bağlı apellyasiya müraciətlərinə start verildi

media-hightechnic-468x90

Biologiya, fransız dili, fiziki tərbiyə, rus dili və fizika fənləri üzrə keçirilən Müəllimlərin İşə Qəbulu imtahanı ilə bağlı apellyasiya müraciətlərinə start verilib.

Bu barədə Yenicag.az-a İnsan Resursları Mərkəzindən məlumat verilib.

Bu mərhələdə imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər.

Namizədlər müvafiq xanaya müraciətlərinin məzmununu ətraflı şəkildə qeyd etməlidirlər.

Apellyasiya müraciətləri komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600