!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mirmahmud Mirəlioğludan Şirməmməd Hüseynova ittiham: “Rəsulzadə irsinin tədqiqatçısı belə danışmamalıdır”

!Reklam – Yazi

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) və Rəsulzadə irsinin yorulmaz tədqiqatçısı, professor Şirməmməd Hüseynov son fikirlərinə görə tənqidlərə məruz qalıb.

Yenicag.Az xəbər verir ki, professor Şirməmməd Hüseynov “Yeni Müsavat” qəzetində bir neçə gün əvvəl dərc olunmuş müsahibəsində prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinin qeyd olunmasına dair imzaladığı sərəncamı yüksək qiymətləndirib:

“Əgər orda bircə cümlə varsa ki, 100 illik yubiley dövlət səviyyəsində qeyd olunsun, deməli, bu, dövlət bayramıdır, bildin? Rəsulzadə bu bayrağı parlamentin üstünə qaldırmışdı, İlham Əliyev də o bayrağı 162 metr yüksəkliyə qaldırdı”. Lakin ağsaqqal professorun səsləndirdiyi bu fikirlər birmənalı qarşılanmayıb.

Yenicag.Az-ın məlumatına görə, Vətəndaş və İnkişaf Partiyasının (VİP) dünən keçirilmiş qurultayında çıxış edən Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu diqqəti Şirməmməd Hüseynovun qeyd olunan fikirlərinə yönəldib:

“Şirməmməd Hüseynovun o dediklərini oxuyanda adam bilmir ki, nə desin, nə söyləsin… Hər halda, Rəsulzadə irsinin tədqiqatçısı belə danışmamalıdır. Rəsulzadənin bayrağımızı yoxdan yaradaraq yüksəltməsi ilə İlham Əliyevin o bayrağı 162 metr hündürlüyə qaldırmasını eyniləşdirmək olmaz. Fəaliyyətinin böyük hissəsini, ömrünün neçə ilini Cümhuriyyət tarixinin və Rəsulzadə irsinin araşdırılmasına həsr etmiş professorun belə danışması sadəcə, təəssüf doğurur”.

A.Zeynalov
Yeniçağ.Az

COP29

www.yenicag.az

884
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv