Misir Mərdanovun bacısı oğluna vəzifə verildi

media-hightechnic-468x90

Ədliyyə Nazirliyinin baş idarələrindən birinə yeni rəis təyin olunub.

Yenicag.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı nazir Fərid Əhmədov Əmr imzalayıb.

Əmrə əsasən, Anar Eldar oğlu Qocayev Cəzaların icrasına nəzarət baş idarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, Cəzaların icrasına nəzarət baş idarəsinin rəisi vəzifəsi təxminən 2 ilə yaxındır vakant idi.

“Unikal”ın əldə etdiyi məlumatına görə isə, baş idarə rəisi təyin edilən Anar Qocayev mərhum fizika-riyaziyyat elmləri doktoru Eldar Qocayevin oğludur.

2023-cü ildə vəfat edən E.Qocayev məşhur polis polkovniki Nizami Qocayevin qardaşıdır.

Mərhum E.Qocayev sabiq təhsil naziri Misir Mərdanovun həm bibisi oğlu, həm də yeznəsidir. Vəzifəyə təyinat alan A.Qocayev eks-nazirin bacısı oğludur.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa