Misirin paytaxtı Qahirə şəhəri yaxınlığında yaşı 4 000 ildən çox olan məzar tapılıb.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Misirin qədim abidələr naziri Xalid əl-Ənnani təqdimat mərasimində bildirib.
Nazirin sözlərinə görə, məzar Misir fironlarının Beşinci sülaləsinə (e.ə. 2504-2347) aid bir hökmdara aiddir.
“Tapılan məzara indiyədək heç bir qarətçi daxil olmayıb. Bu çox böyük önəm daşıyır” – deyə əl-Ənnani bildirib.
Məzarda elmi tədqiqatların aparılacağı vurğulanıb.
www.yenicag.az