Misirdə fövqəladə vəziyyət elan edilib

media-hightechnic-468x90

Misirdə 3 aylıq fövqəladə vəziyyət rejimi elan edilib.

Yeniçağ.Az xəbər verir ki, bunu ölkə prezidenti Əbdülfəttah əs-Sisi xalqa müraciətində bəyan edib.

Bundan əvvəl Misir hökuməti aprelin 8-də Tanta və İsgəndəriyyə şəhərlərində törədilən terror aktları ilə əlaqədar ölkədə üç günlük matəm elan edib. Son məlumatlara əsasən, Tanta şəhərində kilsədə törədilən partlayışda 30 nəfər, İsgəndəriyyədə törədilən partlayışda isə 17 nəfər ölüb. Misirdə kilsələrdə törədilən terror aktlarına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Yeniçağ.Az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa