Misli Premyer Liqasında XIII turun oyun cədvəli müəyyənləşib.
Yenicag.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, ilk qarşılaşma noyabrın 4-də “Turan Tovuz” “Şamaxı” komandaları arasında Tovuz şəhər stadionunda olacaq.
Noyabrın 5-də “Qəbələ” komandası “Zirə”ni öz stadionunda qəbul edəcək. Həmin gün “Kapital Bank Arena”da “Sumqayıt” – “Neftçi” matçı baş tutacaq.
Noyabrın 6-da isə “ASCO Arena”da “Səbail” – “Sabah”, Tofiq Bəhramov adına Respublika Stadionunda isə “Qarabağ” – “Kəpəz” görüşləri təşkil olunacaq.
Qeyd edək ki, “Azersun Arena”nın ot örtüyündə renovasiya işləri aparıldığı üçün “Qarabağ” növbəti bildirişə qədər ev oyunlarını Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək.
www.yenicag.az