MİT-in axtardığı FETÖ-çü Mehmet Gelen Azərbaycanda yaxalandı

Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) axtarışda olan FETÖ-çünü uğurlu əməliyyat nəticəsində ələ keçirib.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, MİT-in keçirdiyi əməliyyat nəticəsində FETÖ terror şəbəkəsinin əsas fiqurları sırasında olan Mehmet Gelen yaxalanıb.

Məlumata görə, uzun müddət FETÖ-nün Azərbaycanda açdığı məktəblərdə müəllimlik etmiş Mehmet Gelen saxta pasportla Belarus ərazisinə daxil olarkən ələ keçib.

Müvafiq prosedurlardan sonra Belarusun Azərbaycana təhvil verdiyi Gelen artıq Türkiyəyə aparılıb.

COP29