!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

MM sədri: “Azərbaycan sülh danışıqlarına başlamağa hazırdır”

!Reklam – Yazi

“Azərbaycan regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması istiqamətində səylərini davam etdirir”.

Bunu Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında Milli Məclisin sədri Sahibə Qafarova deyib.

Spiker xatırladıb ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə Azərbaycan milli komissiyasının tərkibi artıq müəyyən edilib:

“Azərbaycan sülh danışıqlarına başlamağa da hazırdır.

Ermənistan anlamalıdır ki, öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, konstruktiv yanaşma nümayiş etdirməli və qeyd olunan prinsiplər əsasında münasibətlərin normallaşmasına getməlidir. Bu, regionda real sülhə və sabitliyə nail olmağın yeganə yoludur”.

 

www.yenicag.az

272
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv