Merilin Monro obrazı bu gün də sənət və gözəllik sevərləri həyəcanlandırmaqda davam edir. Təbiətin ona bəxş etdiyi sima və vücud gözəlliyindən başqa bu qadında xüsusi cazibə, məlahət və lətafət var idi. Aktrisa uzun illər zərif görünüşlü gözəl obrazları ilə yanaşı ciddi dramatik rolları da oynamaq istəyirdi. Özü belə deyirdi:
“Mənə ağılsız deyəndə, incimirəm, çünki bilirəm ki, bu, belə deyil…”
“Biz – gözəl qadınlar kişiləri narahat etməmək üçün səfeh görünməyə məcburuq…”
Aktrisanın həqiqətən də ağılsız olmadığına əminlik üçün onun kitab rəfinə nəzər salmaq kifayətdir.
Merilin Monronun 14 sevimli kitabı
Con Steynbek: “Müharibə vaxtı”
Ralf Ellison: “Gözəgörünməz adam”
Albert Kamyu: “Süqut”
Cek Keruak: “Yolda”
Ernest Heminquey: “Fiesta”
Con Steynbek: “Tortilya-Flet məhəlləsi”
Ernest Heminquey: “Əlvida, silah”
Teodor Drayzer: “Kerri bacı”
Şervud Anderson: “Uaynsburq, Oqayo”
Harold Flender: “Paris bluzu”
Semuel Bekket: “İmzasız”
Cozef Konrad: “Məxfi agent”
Qustav Flober: “Madam Bovari”
(wsemir.com)
www.yenicag.az