!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Moody's" Rusiyanı "müflis ölkə" elan etdi - Peskovdan inkar gecikmədi

!Reklam – Yazi

Rusiya xarici dövlət borcu üzrə öhdəliklərini yerinə yetirsə də, “Moody’s” beynəlxalq reytinq agentliyi Moskvanın xarici borcunun defolt olduğunu açıqlayıb.

Yenicag.az xəbər verir ki, “Moody’s” analitikləri Rusiyanın daha çox xarici borc üzrə defolt ola biləcəyini qeyd ediblər. Lakin beynəlxalq agentliyin bu bəyanatı ilə bağlı Kremlin cavabı gecikməyib.

Kremlin sözçüsü Dmitri Peskov mövzu ilə bağlı jurnalistlərə verdiyi açıqlamada, “Kreml ödənişləri həyata keçirsə də, ABŞ-nin beynəlxalq ödəniş mexanizmlərinə qoyduğu maneə səbəbindən ödənişlər istiqraz sahiblərinə çata bilməyib. Vəsaitlərin alanlara köçürülməməsi bizim problemimiz deyil”, – deyərək reaksiya verib.

Ekspertlər hesab edirlər ki, Rusiyanın defolt elan edildikdən sonra yenidən beynəlxalq borc almağa başlaması illər çəkə bilər. Bundan əlavə, defolt olan ölkənin beynəlxalq aləmdə yaşadığı maliyyə sahəsindən kənarda qalması baxımından da ciddi əhəmiyyət kəsb edir. Həmçinin Rusiya Mərkəzi Bankının valyuta ehtiyatları dondurulub və ən böyük banklar qlobal maliyyə sistemindən ayrılıb.

Gülşən Şərif

www.yenicag.az

474
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv