Moskva ASGA-nın Rusiya Nümayəndəliyini mükafatlandırdı
Moskvada milli mətbəxt Festivalı keçrilib. Festivalda ölkəmizi Azərbaycan Slavyan Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyi təmsil edib. Şəhər meriyası tərəfindən təşkil olunan festivalda Rusiyada yaşayan millətlərin milli mətbəxi nümayiş olunub.
Festivalda iştirak edən Moskva meryasının rəsmiləri, Dövlət Dumasının deputatları və başqa rəsmi şəxslər Azərbaycan mətbəxi təqdim edilən stola yaxınlaşaraq, mətbəximizin çoxçeşidli yeməklərindən, şirniyyatlarından dadıb və Azərbaycan mətbəxtini sevdiyini söyləyiblər.












