!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Moskva ilə Tehran Bakını Qərbdən birdəfəlik qopartmaq istəyir?

!Reklam – Yazi

img1875342Qabil Hüseynli: “Moskva ilə Tehran bu görüşlərlə çalışır ki, Azərbaycanı da öz orbitlərinə cəlb etsinlər”

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov belə bir açıqlama ilə çıxış edib ki, cari ilin ikinci yarısının əvvəllərində Bakıda Azərbaycan, Rusiya və İran dövlət başçılarının birgə görüşünə hazırlıq işləri gedir. Buradan belə anlaşılır ki, Qərblə münasibətləri heç də yaxşı olmayan Rusiya və İran rəhbərlərinin Bakıda Azərbaycan rəhbərliyilə birgə görüşü olacaq. Görəsən, bu birgə görüş nədən xəbər verir? Moskva ilə Tehran burada nə məqsəd güdür?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlamasında politoloq Qabil Hüseynli bildirdi ki, bu 3 tərəfli görüşlərdə Kremllə molla rejiminin başlıca məqsədi Azərbaycanı da öz orbitlərinə cəlb etməkdən ibarətdir: “Açığını deyim ki, Moskva və Tehran Azərbaycanın xarici siyasətinin İsrail və Qərb qolunu tənqid edir, bunu qəbul etmək istəmirlər.  Ona görə də onlar çalışır ki, Azərbayanı da öz orbitlərinə cəlb etsinlər. Görünür, Bakıda 3 dövlət başçıının gözlənilən görüşü də müəyyən mənada məhz bu məqsədə xidmət edir. Düzdür, Moskva ilə Tehranın Azərbaycanı da öz orbitlərinə bağlamaq siyasəti iqtisadi layihələr adı altında keçirilir. Məsələn, bu addımlar Şimal-Cənub dəmiryolu xətti ideyası, Xəzər dənizinin statusu və digər iqtisadi layihələr nəzərdə tutularaq göz önünə gətirilir.  Xüsusən də Xəzər dənizinin statusu məsələsi adı altında ölkəmizə Moskva və Tehran tərəfindən təzyiqlər edilir.  Amma bütün bunlara baxmayaraq Azərbaycan öz siyasətini tarazlaşdırılmış siyasi xəttə uyğun olaraq həyata keçirməkdə davam edəcək və burada nə Rusiya, nə də Qərb qanadı üstünlük təşkil etməyəcək. Sadəcə olaraq bütün dövlətlərlə hər iki tərəfin maraqlarına uyğun siyasət yürüdülməkdə davam edəcək. Açıq deyək, Rusiyanın Qafqazda birtərəfli hökmranlıq etmək niyyəti dünya tərəfindən qəbul edilmir. Eləcə də İranın bölgəmizdə təsir dairəsini gücləndirməyə çalışması da dünyada xoş qarşılanmır. Bu nöqteyi-nəzərdən Bakı-Moskva-Tehran formatında 3 tərəfli görüşlər keçirilə bilər. Amma bu görüşlər ən yaxşı halda ancaq ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi məqsədinə yönəldiləcək. Moskva ilə Tehranın Bakını tamamilə öz orbitlərinə çəkmək cəhdləri isə baş tutan deyil”.

ELÇİN

www.yenicag.az

748
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv