!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Moskva İrəvanı Ankaraya qurban verə bilər?

!Reklam – Yazi

 

maxresdefaultElşən Manafov: “Ermənistan kimi dövlət aradan götürülsə, Rusiyanın bölgəyə təsiri kifayət qədər zəifləyəcək”

İstanbulda Rusiya, Türkiyə və Azərbaycan liderlərinin görüşü Ermənistanda ciddi təşvişlə qarşılanıb.

“Armenianreport” saytında yayımlanan məqalədə müəllif Tevos Arşakyan erməni siyasətçilərin və rəsmilərin açıq şəkildə narahatlıq keçirdiyini yazıb.

“Türkiyə-Rusiya yaxınlaşmasından Ermənistan həmişə əziyyət çəkib. Prinsip etibarilə Moskvanın Ermənistanı Ankaraya qurban verəcəyini gözləmək olar”, – deyə məqalədə bildirilir.

Görəsən Moskva həqiqətənmi forpostu qismində çıxış edən Ermənistanı Ankaraya qurban verə bilər?

Politoloq Elşən Manafov Yenicag.az-a açıqlamasında Moskvanın öz forpostu olan Ermənistanı elə-belə kiməsə qurban verəcəyinə inanmadığını bildirdi: “Siyasətdə, xüsusən dövlətlərarası münasibətlərdə bütün hallarda əlaqələr əbədi dostluq deyil, əbədi maraqlar üzərində qurulur. Zamanında Böyük Britaniyanın baş naziri demişdi ki, ölkəsinin əbədi dostları yoxdur, əbədi maraqları var. Bu baxımdan təbii ki, Moskvanın da əbədi maraqları mövcuddur. Nəzərə alaq ki, Putin Rusiyanın əvvəlki qüdrətini bərpa etmək üçün ən azından dünyanın yarısına meydan oxuyur. Bu mənada hazırda Ankara ilə Moskva arasındakı münasibətlərin xarakteri belə bir fikri səsləndirməyə əsas verir ki, iki dövlət arasındakı münasibətlər  daha çox “düşmənimin düşməni, mənim dostumdur” prinsipi üzərində qurulub. Türkiyədə ba verən dövlət çevrilişinin arxasında Qərbin xüsusi xidmət orqanları dayanır. ABŞ mətbuatında açıq-aşkar şəkildə Türkiyədə dövlət çevrilişinin baş tutmamasından təəssüf hissi bildirilirdi.  Bu da daha çox Ağ Evin mövqeyi və istəyi idi.  Rusiyanın isə Türkiyədə yaşanan hadisələrə özünün təbii ki, bölgə ilə bağlı maraqları kontekstindən yanaşması, Ərdoğan iqtidarının legitimliyini tanıması, ardınca Moskva ilə Ankara arasındakı münasibətlərdə olan problemlərin aradan götürülməsi, “Türk axını” istiqamətində razılığın əldə olunması, Putinin Türkiyə ilə hərbi sahədə də əməkdaşlığa hazır olduğunu söyləməsi təbii ki, Ermənistan rəsmilərini düşünməyə vadar və narahat edir. Ermənistan iqtidarı onu da xatırlayır ki, bu ilin aprelində Azərbaycan ordusu tərəfindən aldıqları ağır zərbədən sonra Rusiya  və onun patronajlığı altında olan Kollüktiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da hərbi müstəvidə məsələyə müdaxilə etmədi. Bütün bunlar göstərdi ki, bölgənin lider dövləti Azərbaycandır və onunla razılaşdırılmadan bölgə ilə bağlı geosiyasi prosesləri həyata keçirmək mümkünsüzdür.  Bu mənada Rusiya ilə Türkiyə arasındakı münasibətlərin məlum xarakteri Ermənistan rəsmilərini düşündürməyə bilməz. Amma hər halda onu da deyək ki, Ermənistan Rusiyanın müttəfiqi deyil, onun forpostudur və müstəqil deyil. Ermənistandan zaman-zaman bölgə ilə bağlı maraqlarını həyata keçirmək üçün bir rıçaq vasitəsi kimi istifadə edib. Türkiyənin NATO üzvü olması fonunda Rusiya rəsmiləri dəfələrlə bəyan edib ki, Gümrüdəki 107 saylı hərbi baza həmin hərbi bloka qarşı yerləşdirilib. Bütün hallarda baş verən proseslər göstərir ki, Türkiyə Rusiya yaxınlaşması gerçəkdən Ermənistanı narahat etməlidir. Lakin bütün hallarda Ermənistanı Rusiyanın müttəfiqi kimi qəbul etməməliyik.  İrəvan sadəcə Moskvanın forpostudur. Rusiya dünyanın bu bölgəsində özünün geosiyasi maraqlarından heç zaman geri çəkilməyəcək, ondan imtina etməyib və yaxın zamanlarda da imtina etməyəcək. Ermənistana “İsgəndər” tipli raketlərin verilməsi də göstərir ki, Moskva Dağlıq Qarabağ münaqişəsində durumun daha çox status-kvo vəziyyətində qalmasında maraqlıdır. Ermənistan kimi dövlət aradan götürülsə, Rusiyanın bölgəyə təsiri kifayət qədər zəifləyəcək. Bundan isə nə Azərbaycan və Türkiyə istifadə edəcək. Bundan da məhz Qərb istifadə edə bilər. Rusiyada da bunu gözəl başa düşürlər. Bütün hallarda Moskva Ankara yaxınlaşması onu göstərir ki, Ermənistana münasibətdə belə Rusiya müəyyən təzyiq imkanlarını gücləndirə bilər”.

ELÇİN

COP29

www.yenicag.az

845
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv